“Deməzdim ki, bizim uşaqlar çəkindilər, qorxdular”

Premyer liqanın X turunun “Kəpəz” – “Qarabağ” oyunundan (0:5) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb: “Uşaqların rəqibdən çəkinməmələrini istəmişdik. İlk hissədə buna nail olduq. Amma çatışmayan cəhətlərimiz var. Bunların üzərində işləyəcəyik. İkinci hissənin əvvəlində yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyun bəlkə də fərqli motivasiyada keçəcəkdi. Hər oyundan-oyuna qazandıqlarımız var. “Qarabağ”ın Avropa liqasında oynayan heyətinə qarşı çıxış etdik. Rəqibin gücü bəllidir. Deməzdim ki, bizim uşaqlar çəkindilər, qorxdular. Futbolçuda xoşuma gəlməyən cəhət qorxaqlıqdır. Uşaqlar birinci hissədə istədiyim mübarizəni apardılar”.

Həmin kateqoriyadan