YENİLƏNİB
Derbidə AzAL güldü

Bu gün Topaz Premyer Liqasında 19-cu turun daha bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, paytaxt derbisində AzAL “Neftçi” ilə üz-üzə gəlib.

Üçüncü pillədə qərarlaşan Arif Əsədovun komandası iddiasını davam etdirmək üçün bu oyundan da qalib ayrılmağa borclu idi. Lakin qarşılaşmanın Şüvəlanda keçirilməsi AzAL üçün müəyyən üstünlük yaradır ki, Tərlan Əhmədovun komandasının bu şansdan necə yararlanacağı maraq doğururdu. 3 qolun vurulduğu oyunda məhz meydan sahibləri 3 xala sahib çıxıblar.

Topaz Premyer Liqası
19-cu tur
31 yanvar

AzAL – “Neftçi” – 2:1 (1:0)
Qollar: F.Mombonqo, 26 (1:0). N.Kanales, 68-pen (1:1). F.Mombonqo, 90+2 (2:1).
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, Əliyar Ağayev.
Bakı. “AzAL Arena”.

AzAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 12. Luis Ramos, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 28. Emin Mehtiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 11. Nikolas Kanales, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.

Turun digər oyunları: “İnter” – “Sumqayıt” – 0:0. 2 fevral – 14:00. “Bakı” – “Qəbələ”, 17:00. “Simurq” – “Xəzər Lənkəran”.

Bombardir:
9 – Nurlan Novruzov (“Bakı”)

Həmin kateqoriyadan