Derbidə qırmızı vərəqə alan futbolçulara 1 oyunluq cəza!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“İnter” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Xuan Alberto Alvarado sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “İnter”in futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Kəpəz” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan