- Baxış sayı: 55
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 58
- Dekabr 18, 2025
- 0

“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirə bilər.
Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu klubla müqaviləni yeniləmək niyyətində deyil və gələn ilin yayında “Boka Xuniors”a keçmək variantını nəzərdən keçirir. Argentinalı hücumçunun son vaxtlar tez-tez zədələnməsi və məhsuldarlığının aşağı düşməsi İtaliya klubunun da onunla yolunu ayırmaq istəyinə səbəb olub.
Dibalanın “Roma” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, cari mövsümdə keçirdiyi 13 matçda 2 qol vurub.