Dibala qalır, ya gedir?

“Roma”nın idman direktoru Frederik Massara hücumçu Paulo Dibalanın klubdakı gələcəyi barədə danışıb.

Allsport.az xəbər verir ki, o, argentinalı futbolçunun “Roma”da olmasından xoşbəxt olduqlarını bildirib

“Dibala “Roma”nın gələcəyinin bir hissəsi olacaqmı? Hazırda o, klubdadır və biz bundan çox məmnunuq. İndi hamımız qarşıdakı oyunlara və cari mövsümə diqqət yetiririk. Paulo həmişə kluba böyük sədaqət nümayiş etdirən çempiondur. O, hər oyunda yalnız əlindən gələni etməyi düşünür”.

Paulo Dibalanın “Roma” ilə müqaviləsi mövsümün sonunda bitir.

Həmin kateqoriyadan