- Baxış sayı: 39
- 23 Mart 2026 19:21
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İsveçin “Akropolis” klubunun yunanıstanlı hücumçusu Dimitris Sialmas Azərbaycan xatirələrindən danışıb. Allsport.az saytı xəbər verir ki, o, “Xəzər Lənkəran”dakı karyerası ilə bağlı bunu söyləyib:
“AEK-dən başqa bir ölkəyə – Azərbaycana üz tutdum. “Xəzər Lənkəran”da aldığım pul Yunanıstanda heç vaxt olmayacaq. Bəlkə də bu, səhv qərar idi. Çünki özümə də ağır gəlirdi. Amma hər bir futbolçuda elə bir məqam olur ki, bəzən maliyyəni düşünməli olursan. Bəlkə də o vaxt AEK-də qalmalı, komandaya kömək etməli idim”.
Qeyd edək ki, Sialmas “Xəzər Lənkəran”da 2012/13 mövsümündə çıxış edib.