- Baxış sayı: 54
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0
Bu gün qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Avropa Çempionlar Liqasının əsas qrup mərhələsində 2-ci oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, Volqaqrad təmsilçisinin səfərdə Almaniyanın «Türinger» klubunu ilə üz-üzə gəlib.
Gərgin keçən matçda qonaqlar fasiləyə 1 top üstünlüyü ilə yollanıblar (14:13). Növbəti yarıda təşəbbüsü əldən verməyən Rusiya komandası oyunu qələbə ilə bitirib – 33:30.
Bu görüşdə hədbolçumuz qol vurmayıb. O, yalnız qırmızı vərəqə almaqla yadda qalıb. Hazırda Volqaqrad klubunun 8 xalı var və yer aldığı 1-ci qrupda 2-ci pillədə qərarlaşıb.
«Dinamo-Sinara» növbəti matçına fevralın 15-də evdə Makedoniya «Vardar»ına qarşı keçirəcək.