Dominonun tarixi – 700-dən çox yaşı olan stolüstü oyun

Domino oyunu nə zaman və harada yarandı? Bu məqalədə bu məşhur stolüstü oyunun tarixçəsi və onunla bağlı maraqlı faktları öyrənəcəksiniz. Domino oyunu ilə hər kəs tanışdır, amma çox az insan bu oyunun tarixi ilə bağlı bilgiyə sahibdir. Domino oyunun yaşı əslində düşündüyünüzdən çox daha böyükdür. Bu məşhur stolüstü oyunun “ulu əcdadı” və ya ilkin versiyası hələ eramızdan əvvəl qədim Misir torpaqlarında tapılıb. Kral Tutankhamonun məzarında təxminən eramızdan əvvəl 1355-ci ilə aid bir domino dəsti tapılıb.

Tarixi faktlardan belə məlum olur ki, dominoya bənzər bu oyun o dönəmin kralları və yuxarı təbəqəsi arasında məşhur bir oyun olub. Yəni indi evdə, çayxanada, hətta Mostbet qeydiyyat prosesindən keçməklə onlayn oynaya bildiyimiz domino, o vaxtlar yalnız elit təbəqə üçün əlçatan idi. Amma Misirdə tapılan domino tam olaraq bu gün oynadığımız domino ilə eyni deyil.

Bu gün oynadığımız formasına ən bənzər domino versiyası XIII əsrdə Çində icad olunub. Bir çox tarixi icadların məkanı olan Çin, həmçinin dominonun da vətənidir. İlk vaxtlarda domino Çində də əsasən varlı təbəqinin oynadığı bir oyun olub və zamanla bütün əhali arasında populyarlıq qazanıb.

Ənənəvi Çin dominosu

Ənənəvi Çin domino dəstləri bu gün istifadə etdiyimiz dəstlərdən bir az fərqli idi. Bu dəstlər iki zər atılmasından yaranan bütün mümkün kombinasiyaları təmsil edən 32 daşdan ibarət idi. Müasir domino dəstlərindən fərqli olaraq, bu dəstlərdə heç bir boş üz (red: ağ qoşa) yox idi.
Bu gün Britaniyadakı muzeylərdə sümük, fil dişi və bambuk kimi materiallardan hazırlanmış erkən Çin domino nümunələrini tapmaq mümkündür. Bu tapıntılar əl ilə boyanmış nöqtələr və Çin heroqlifləri ilə bəzədilmiş mürəkkəb sənətkarlığı nümayiş etdirir.

Dominonun başqa ölkələrə yayılması

Aparılan araşdırmalara görə, domino Çində yarandıqdan sonra növbəti əsrlərdə ticarət yolları vasitəsilə Koreya, Hindistan və Cənub-Şərqi Asiyanın bəzi bölgələri kimi qonşu ərazilərə yayılıb. Bu proses oyunun sonradan bütün dünyaya yayılması üçün əsas yaratdı.
Domino oyununun Avropaya necə və nə vaxtı gəlişi isə tarixçilər arasında ziddiyyətli bir mövzudur. İki əsas nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, oyun Çindən qayıdan italyan missionerləri vasitəsilə XVIII əsrdə Avropaya çatıb.

İkinci versiyaya görə isə domino Avropada, daha dəqi desək, İtalyada müstəqil şəkildə yaranıb. İtaliyanlar Çin versiyasından xeyli fərqli olan bir domino hazırlayıblar. Bu məhz, Azərbaycanda da bu gün məşhur olan 28 daşdan ibarət və 0-ın (ağ qoşanın) əlavə olunduğu versiyadır.
Oyun XVII əsrin sonlarından başlayaraq bütün Avropa ölkələrində populyarlıq qazanmağa başladı. Avropalılar bu dövrdə fil dişi, sümük və daha sonralar ağac kimi materiallardan istifadə edərək dominonun müxtəlif daşına bilən dəstlərini hazırladılar. Həmən dövrün Avropasında aşağıdakı məkanlarda tez-tez domino oynayan insanlarla rastlaşmaq mümkün idi:

  • Britaniya pubları
  • Avstriyanın qəhvə evləri
  • Almaniyanın sosial klubları
  • Fransanın tavernaları

Müxtəlif tarixçilərinin araşdırmalarına görə, Avropa aristokratları əvvəlcə domino oyununu zərif bir əyləncə kimi qəbul ediblər. Oyunun riyazi təbiəti maarifçilik dövrünün düşüncə tərzinə uyğun gəlirdi, eyni zamanda onun sosial yönü axşam əyləncələri üçün mükəmməl seçim idi. Bu səbəbdən, qısa zaman içərisində oyun əhalinin ən müxtəlif təbəqləri arasında böyük populyarlıq qazanmağa nail oldu.

Azərbaycanda dominonun tarixi

Domino oyunu Azərbaycana XIX əsrin sonlarında Çar Rusiyası vasitəsilə gəlib. O dövrdə domino əsasən şəhər ziyalıları və orduda xidmət edən zabitlər arasında populyar idi. XX əsrin əvvəllərində isə çayxana mədəniyyəti formalaşdıqca domino xalq arasında da sevilən bir oyun oldu.

Sovet dövründə domino ən geniş yayılmış oyunlardan biri idi. Parkda, həyətlərdə, kafelərdə, iş fasilələrində bu oyunu oynamaq sosiallaşma kültürünün bir parçası halına gəlmişdi. 1970-1980-ci illərdə domino artıq sırf əyləncə deyil, yarış elementi olan bir fəaliyyət kimi də tanınmağa başladı. Bəzi müəssisələr və klublar arasında kiçik turnirlər keçirilir, qaliblərə kitab, medallar və ya sadəcə fəxri adlar verilirdi. Bu, dominonun sosial statusunu daha da yüksəltdi və onu “xalq oyunu” səviyyəsinə gətirdi.

Sovet dövründə dominonun istehsalının həyata keçirildiyi yerlərdən biri də məhz Salyan rayonunda yerləşən Plastmas zavodu olmuşdur. Sovetlər dağıldıqdan sonra domino Azərbaycanda populyarlığını müəyyən qədər itirsə də, 2000-ci illərdən etibarən yenidən canlandı. Günümüzdə də domino Azərbaycanda ən sevilən masaüstü oyunlardan biri olaraq qalır. Ölkəmizdə bu idman növü Azərbaycan milli idman növləri assosiasiyasının tərkibində fəaliyyət göstərir.

Domino adı haradan gəlir

Domino sözünün mənşəyi, yəni bu adın necə yarandığı ilə bağlı bir neçə fərziyyə mövcuddur. Ən çox qəbul edilən nəzəriyyəyə görə, bu ad Latın mənşəli “dominus” sözündən gəlir. “Dominus” Latın dilində “ağa” və ya “sahib” mənasını verir. Orta əsrlərdə isə bu sözün fransız variantı olan “domino” qara rəngli keşiş geyimini təsvir etmək üçün istifadə olunurdu.

Həmin geyimlər əsasən qara parçadan tikilir və üzərində ağ yaxalıq olurdu. Avropada hazırlanan ilk domino daşlarının da rəngi qara və ağ olduğu üçün bu oyun həmin geyimlə əlaqələndirilib və ona “domino” adı verilib.

Digər bir versiyaya görə isə “domino” adının kökü İtaliyadan gəlir. Bəzi mənbələrə əsasən, İtaliyada bu oyun ilk dəfə oynananda oyunçular qalib gələndə “Domino!” deyə qışqırarmışlar. Bu ifadə sonradan elə oyunun adı kimi qəbul olunub və xalq arasında bu adla məşhurluq qazanıb.

Müasir dövrdə domino

Müasir internet texnologiyaları çağında müasir insanın marağını cəlb etmək artıq əvvəlki ilə müqayisədə çox çətindir. Baxmayaraq ki, indi saysız-hesabsız oyun var və hər gün onların siyahısı böyüyür, yenə də insanlar klassik masaüstü oyunlara böyük maraq göstərməyə davam edirlər. Domino da ən qədimi masaüstü oyunlardan biri olaraq bütün dünyada ən çox oynanılan oyunlardan biri olaraq qalır.

Azərbaycanda və eləcə də, dünyada hələ də ən çox oynanılan domino versiyaları arasına “101” və “Telefon” kimi versiyalar yer alsa belə, günümüzdə dominonun bir çox fərqli versiyaları da mövcuddur. Bütün oyunlar inkişaf edir və domino da bu prosesdən kənarda qalmayıb. Klassik altılı dəstlərdən başqa, doqquzlu və onikili domino kimi genişləndirilmiş domino versiyaları da artıq məşhurluq qazanıb. Yəqin ki, bu inkişaf prosesi hələ çox uzun illər davam edəcək.

Heç kim dominonun dəqiq olaraq neçə yaşında olduğunu söyləyə bilməz. Amma bir şey dəqiqdir ki, bu oyun düşündüyümüzdən çox daha qədimdir və insanın məntiqi düşünmə qabiliyyətinin inkişafı nəticəsində yaranıb. Domino oyunu bu gün sadəcə bir asudə vaxt hobbisi deyil, həm də nəsilləri birləşdirən, köhnə ilə yeninin, nostaljik olanla dəbin bir harmoniyasıdır.

Həmin kateqoriyadan