Donçiç yeni nailiyyətə imza atdı

“Dallas Stars” NBA-nın müntəzəm mövsüm matçında evdə “Los Anceles Leykers”lə qarşılaşıb.

Allsport.az xəbər verir ki, görüş qonaqların 112:97 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun əsas qəhrəmanı mövsüm ərzində “Dallas”dan “Leykers”ə keçən Luka Donçiç olub. O, 45 xal toplayıb.

Donçiç NBA tarixində həm komandasının heyətində (onun nümunəsində “Dallas”da), həm də ona qarşı oyunda bir mövsümdə 45+ xal toplayan ikinci oyunçu olub. Əvvəllər yalnız Uilt Çemberleyn eyni göstəriciyə imza atmışdı.

Həmin kateqoriyadan

azenrutr