- Baxış sayı: 47
- 14 Aprel 2025 14:44
- Baxış sayı: 95
- Aprel 14, 2025
- 0
Fevralın 19-20-də Antalyada idmanda dopinqə qarşı beynəlxalq konvensiyaya tərəf ölkələrin 9-cu konfransının (COP9) bürosunun dördüncü rəsmi iclası keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan respublikasının gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri, UNESCO antidopinq konvensiyasının açıq işçi qrupunun əsas qrup üzvü Elnur Məmmədov iştirak edib. O, tədbirdə çıxış edərək Azərbaycanın antidopinq siyasəti və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.
İclasda dopinqə qarşı qlobal mübarizənin gücləndirilməsi, konvensiyanın təsir dairəsinin artırılması, davamlılığı və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.