- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gürcüstanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə dostluq turniri keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvləri, güləş federasiyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Yarışda 16 idman klubunun çəkisi 150-yə yaxın idmançısı gücünü sınayıb.
Turnirdə ilk 1, 2 və 3-cü yerləri tutan idmançılara kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub.