- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Lüksemburqun “Düdelanj” klubunun qapıçısı Jonatan Juber Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuat müsahibəsində, öncə Bakıdakı 0:2 hesablı yenilgini şərh edib:
– Bu rəqibimiz 2014-cü ildə qarşılaşdığımız Bolqarıstan “Ludoqorets”i ilə demək olar ki, eyni səviyyədədir. Amma “Qarabağ”ın futbolçuları fərdi cəhətdən daha güclüdür. Onlar bu baxımdan Avstriya “Zalsburq”una oxşayırlar. hansı ki, bu komanda ilə də 2012-ci ildə oynamışdıq. Azərbaycanlılar topa yaxşı nəzarət edirdilər, komanda oyunu göstərdilər. Öz gözlərimlə saydığım qədərilə 15 min azarkeşin qarşısında onlar bizi xüsusilə ilk 45 dəqiqədə daha çox müdafiə olunmağa məcbur etdilər.
– İki qol buraxsanız da, yaxşı çıxış etdiniz…
– Ən azı, bir qolun əvəzini çıxmağa ümid edirdik. Bir neçə təhlükəli hücum da qurduq. Amma bundan yararlana bilmədik. Bütövlükdə, qol vəziyyəti yaratmaq bizə nəsib olmadır.
– Penalti zərbəsini qaytarmağa çox yaxın oldunuz…
– Qol buraxdığımıza görə çox üzüldüm. Çünki küncü yaxşı tapmışdım. Hətta topa toxundum da. Amma onun qarşısını almaq mümkün olmadır.
– Mərhələ adlamaq şansınız var?
– 0:2 uduzandan sonra şans elə də çox olmur. Realist olmalıyıq, rəqibimiz də güclüdür. Mərhələ adlamaq üçün biz cavab matçında ideal oyun göstərməliyik. Qol vəziyyətlərindən maksimum yararlanmaq lazımdır. Müdafiədə buraxılacaq kiçik bir səhv isə hər şeyin sonu ola bilər. Amma bu, futboldur, hər şey mümkündür.
– Cəbəllütariq “Linkoln”unun Şotlandiya “Seltik”i üzərindəki qələbəsi (1:0) sizin üçün yaxşı motivasiya ola bilər…
– Bu, onu göstərir ki, kiçik komanda anlayışı qalmayıb. Yazılı favorit qol vurmayanda isə hər şey baş verə bilər.