- Baxış sayı: 60
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Dünya badminton federasiyasının (BWF) rəsmi saytında badmintonçumuz Edi Reski Dviçayonun dünya reytinqində 19-cu pillədə qərarlaşan Yaponiya təmsilçisi Koki Vatanabe üzərində qələbəsinə geniş yer ayrılıb.
Allsport.az xəbər verir ki, “Azərbaycan üçün xüsusi zövq günü” adlı məqalədə Edinin özündən 72 pillə yuxarıda olan rəqibini məğlub etməsindən sonra görüşlə bağlı təəssüratlarına yer verilib. O bildirib: “Bu mənim üçün tarixi qələbədir. Bu, mənim dördüncü dünya çempionatımdır. Yaponiya kimi aparıcı badminton ölkəsini təmsil edən idmançını məğlub etmək bizim üçün böyük uğurdur.”
Edi qeyd edib ki, görüş çətin keçsə də, öz bacarıq və texnikasına güvənərək qələbə qazanacağına inanıb. Oyun öncəsi müəyyən həyəcan yaşadığını bildirən idmançı, baş məşqçi Murtuza Validarvi ilə isinmə hərəkətləri zamanı danışdığını və bunun sayəsində görüşə fiziki və mental cəhətdən yaxşı kökləndiyini vurğulayıb.
Badmintonçumuz həmçinin qələbəsində dünya çempionatı öncəsi yaxşı hazırlıq keçməsinin böyük rol oynadığını da qeyd edib: “Bir ay Malayziyada təlim-məşq toplanışında oldum. Burada yüksək səviyyəli hazırlıq üçün ideal şərait var idi.”
Edi 1/16 finalda indoneziyalı Conatan Kristie ilə qarşılaşacaq.