- Baxış sayı: 110
- 25 Mart 2026 16:38
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.
Allsport.az xəbər verir ki, Zülfüqarov iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək (U-19) qızların dünya çempionatının oyunlarını idarə edəcək. 24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.