- Baxış sayı: 108
- 02 Dekabr 2025 13:59
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, yarışda idmançılarımızdan Əli Hüseynov (51 kq, K1), Surət Qarayev (91 kq, “Full Contact”), Elvin Məmmədov (57 kq, “Low Kick”), Rafiq Babazadə (57 kq, K1) qızıl medal qazanıblar.
Məhəmməd Əliyev (51 kq, “Full Contact”) gümüş, Vüsal Kazımov (54 kq, “Low Kick”), Vüqar Məhəmmədov (63,5 kq, “Full Contact”), Məhəmməd İmanov (60 kq, K1), Rinat Qiyasov (51 kq, “Low Kick”) bürünc medala layiq görülüblər.
Veteran idmançılarımız Eduard Məhəmmədov (2 qızıl medal) və Musa Abdullayev də (bürünc medal) çempionatda ölkəmizi uğurla təmsil ediblər.