- Baxış sayı: 44
- 19 Yanvar 2026 12:47
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Beynəlxalq cüdo federasiyasının (İJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
Allsport.az xəbər verir ki, yeni qərara əsasən, mundial 4–11 oktyabr 2026-cı ildə baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Fərdi mübarizələr 4–10 oktyabrda, qarışıq komanda yarışları isə 11 oktyabrda keçiriləcək.
Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.