Dünya kubokunun seçmə mərhələ oyunları Bakıda keçiriləcək

Ölkəmiz ilk dəfə olaraq 3×3 basketbol üzrə dünya kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək.

Allsport.az xəbər verir ki, Azərbaycan basketbol federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3×3 basketbol üzrə dünya kubokunun (2025) seçmə mərhələ oyunları ölkəmizdə keçiriləcək. 24 və 25 may tarixlərində Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Bu millilər arasında həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımızda iştirak edəcəklər. Kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar

Həmin kateqoriyadan