Dünyanın ən bahalı futbolçuları

“Transfermarkt” portalının İspaniya la liqasında futbolçuların bazar dəyərlərini yeniləməsindən sonra “Real Madrid”in hücumçusu Kilyan Mbappenin dəyəri 200 milyon avro qiymətləndirilib və bununla da fransalı futbolçu “Mançester Siti”nin hücumçusu Erlinq Holand və “Barselona”nın üzvü Lamin Yamalla birlikdə dünyanın ən bahalı üç oyunçusu sırasına daxil olub.

Allsport.az xəbər verir ki, bu üç futbolçudan sonra “kral klubu”nun digər oyunçusu Cud Bellingem gəlir.

Onun transfer qiyməti 160 milyon avro təşkil edir. Lakin son yenilənmə nəticəsində ingiltərəli futbolçunun dəyəri 20 milyon ucuzlaşıb.

Həmin kateqoriyadan