- Baxış sayı: 30
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Regina Kaliniçenko (Şimkute) həyatının uzun illərini həndbola həsr edərək, Rusiya çempionatında onun görkəmli simasına çevrilib. Düzdür, Rusiya yığması ilə heç nə qazanmayıb. Bütün nailiyyətləri yalnız klublarla olub. Kaliniçenkoda isə bunlar kifayət qədərdir.
Allsport.az saytı xəbər verir ki, “Qaliçanka” ilə həndbolçu bir neçə dəfə Ukrayna çempionatının gümüş mükafatçısı olub. “Ramniku-Valça” ilə Regina iki dəfə Rumıniya çempionluğunu bayram edib.
“Rostov-Don” ilə idmançı Rusiya çempionu titullarına, ölkə kubokuna və superkuboka, EHF kubokuna və bir neçə çempionlar liqasının finalına sahibdir.
Kaliniçenkonun həndbol səyahəti Ukraynadakı bütün bu titullardan əvvəl başlayıb. Valideynləri ora Bratskdan köçüblər. Regina artıq Xersonda anadan olub. İdman sevgisi də elə buradan yaranıb…