“Düzgün, səliqəli və intizamlı oynamağa çalışacağıq”

Sabah Avropa liqasının əsas mərhələsinin ilk turunda “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, oyundan öndə komandamızın baş məşqçisi Qurban Qurbanovun Londonda mətbuat konfransı olub. 52 yaşlı mütəxəssis rəqib barədə bunu deyib:

“Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən və həmişə liderlər sırasında yer alan komandaya qarşı oynayacağıq. Sabahkı oyuna hazırıq. Düzgün, səliqəli və intizamlı oynamağa çalışacağıq.

Belə stadionda, bu cür azarkeşlər qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi baxımından yaxşı təcrübədir. Futbolçularımız çox güc sərf edərək yaxşı oyun göstərməyə çalışacaqlar”.

Həmin kateqoriyadan