- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan Kikboksinq Federasifasının vitse-prezidenti Güloğlan Cabbarov tanınmış kikboksinq ustası Eduard Məmmədova qarşı sensasion açıqlama ilə çıxış edib. Allsport.az ATV-yə istinadla xəbər verir ki, vitse-prezident idmançını qeyri-rəsmi turnirlərdə iştirak etməkdə ittiham edib:
“Eduard Məmmədov bizim ən titullu idmançımızdır. Təəsüflər olsun ki, onun başı ciddi yarışlara yox, heç kim tərəfindən rəsmi qəbul edilməyən turnirlərə qarışıb. Mən tam rəsmi şəkildə demək istəyirəm ki, nə biz, nə də Gənclər və İdman Nazirliyi Ümumdünya Kikboksinq Assosiasiyasının (WAKO) təşkilatçığı altında keçirilən yarışlardan başqa heç bir yarışı tanımırıq və orada qazanılan hər bir “titulu”da qəbul etmirik. Təkcə biz yox, hətta kikboksinq aləmində məşhur olan ölkələr də həmçinin. Bizim kikboksinq üzrə 2009-cu ildən sonra heç bir dünya çempionumuz olmayıb. Eduard WAKO üzrə 3 qat Dünya çempionudur və bu böyük bir uğurdur. Amma Eduard belə hərəkətləriylə, belə saxta titullarla öz həqiqi nəticələrini ucuzlaşdırır. Ciddi yarışlara hər hansı bir bəhanə ilə qatılmaq istəmir və nəticədə titul dalınca qaçaraq, özünü də, bizim idman növünü də gözdən salır. Onu da qeyd edim ki, bizim yığmamızın kikbokçuları Eduard qatılan yarışlara bir məşq kimi baxır və heç kəs orada qazanılan qələbələri əlində bayraq etmir”, – deyə Güloğlan Cabbarov bildirib.
Xatırladaq ki, Eduard Məmmədov yerli KİV-ə 21-ci dəfə dünya çempionu olduğunu rəsmən bəyan edib.