- Baxış sayı: 110
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0
Avropa Həndbol Federasiyasının kuboku uğrunda mübarizənin 1/4 final mərhələsinin ilk matçında Rusiya təmsilçiləri – «Rostovçanka» ilə «Astraxanoçka» komandaları arasında görüşdə EHF nümayəndəsi həmyerlimiz İskəndər Əsgərov olub.
Allsport.az saytı xəbər verir ki, qarşılaşmada Makedoniyadan olan Dimitar Mitrevski və Blagoyçe Todorovski hakimlik ediblər. Nəticəyə gəldikdə, 3000 tamaşaçının izlədiyi matçda ev sahibələri qalib gəliblər; Rostov-Don təmsilçisi rəqibini böyük hesabla üstələyib – 37:19. Bu komandalar arasında cavab oyunu martın 14-də baş tutacaq.