- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 25
- Mart 26, 2026
- 0

Ölkəmizin yeganə EHF nümayəndəsi İsgəndər Əsgərov Bolqarıstanın Burqos şəhərində keçiriləcən Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışın 1-ci təsnifat mərhələsinin ilk görüşündə kişilər arasında yerli “Freqata” və “BESA Famiglia” (Kosovo) klublarının oyununda hakimlərə nəzarət edib.
Allsport.az saytı xəbər verir ki, üstün oyun nümayiş etdirən qonaqlar 24:18 hesabı ilə qalib gəliblər. Bu görüşün referiləri Roberto Skevola və Tal Alperan (hər ikisi – İtaliya) olublar. Cavab matçı sentyabrın 13-də baş tutacaq.