“Əl-İttihad”dan Fernandes bombası

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Çelsi”sinin yarımmüdafiəçisi Enso Fernandesin transferi üçün rəsmi təklif hazırlayır.

Allsport.az xəbər verir ki, argentinalı ulduz Səudiyyə variantına şübhə ilə yanaşsa da, klubun maliyyə imkanlarının onun fikrini dəyişə biləcəyi gözlənilir. Lakin Fernandes üçün Avropa nəhəngləri PSJ və “Real Madrid” də hərəkətə keçib. “Çelsi” isə 2032-ci ilə qədər müqaviləsi olan futbolçunu komandada saxlamaq üçün ona daha yaxşı şərtlərlə yeni sözləşmə təklif edir.

Fernandes bu mövsüm keçirdiyi 46 matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı yarımmüdafiəçinin “Transfermarkt”dakı bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan