- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Ötən il Budapeştdə qızıl medal qazanan Eldəniz Əzizli (55 kq) Nur-Sultanda bürünc medalla kifayətləndi. Yunan-Roma güləşçisi allsport.az saytına açıqlamasında bunun səbəbini belə izah etdi:
“Qazaxıstana qızıl medal üçün, titulumu təzələmək üçün yollanmışdım. Amma müəyyən səbəbdən yarımfinalda yerli idmançıya uzuddum. Hesab edirəm ki, taktikanı düz qurmamışdım. Onu rahat məğlub edəcəyim güləşçilər aırasındaydı. Rəqibim finalda gürcüstanlı həmkarına asanlıqla yenildi. Qızıl medalçını isə ayrı-ayrı yarışlarda 6 dəfə təmiz qələbəylə udmuşam
Arzum Fərid Mansuruvun uğurunu təkrarlamaqdı. Hərçənd üzülmürəm, çünki karyeramı bitirməyi düşünmürəm. Məni qarşıda hələ çox dünya çempionatları gözləyir”.
Kamran HACI, Nur-Sultan