- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtında keçirilən Avropa çempionatında güləşçimiz Elis Manolova qızıl medal qazandı. Həlliedici görüşdə onun rəqibi yerli idmançı idi. İlk hissədə 0:4 geridə olmasına rəğmən, növbəti yarıda toparlanan Elis hesabı 4:4 etdi və sona 24 saniyə qalmış 2 xal alaraq haqq etdiyi çempionluğa qovuşdu. Allsport.az saytına aşıqlamasında Monolova sevincini belə bölüşdü:
“Finalda öncə özümə dedim ki, bu görüşün nəticəsindən asılı olmayaraq, sonadək mücadilə edəcəyəm. 0:4 yenilərkən belə, özümdədə təsəlli tapdım, çünki çox istəyirdim böyük yarışlarda ilk qızıl medalımı qazanım. Allaha çox şükür, O mənə güc-qüvvət verdi, bu tutaşmanı uda bildim.
Əslində, hesab 4:4 olanda, rəqibi çölə çıxarıb xal almışdım. Amma “çelenc”dən sonra bu qeydə alınmadı. Bilirdim ki, finalda rəqib rumıniyaldır, hakimlərin ona simpatiyası olacaq. O üzdən, tam diqqəti qələbəyə kökləmişdim.
Düzdür, ilk hissəni yaxşı güləşmədim. Ola bilər, final həyacanından irəli gəlirdi. Amma zamanla duruma alışdım. Hələ indinin özündə də son anda qələbəni necə qazandığıma inana bilmirəm (gülür). Bu uğur çox şirin oldu Keçən il Maxacqalada finalda yenildiyim finlandiyalı olimpiya mükafatçısına bu dəfə yarımfinalda uddum. O da ayrı bir sevinc gətirdi”.
Kamran HACI, Buxarest