YENİLƏNİB
Elis Manolova lisenziyanın bir addımlığında büdrədi

Macarıstan paytaxtı Budapeştdə güləş üzrə qitə olimpiya təsnifat yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, rəqabətin 2-ci günündə meydan qadınlara verilib. Olimpiya proqramında bu növlərdə yalnız 6 çəki keçərlidir.

50 kq-da təmsilçimizin olmamasına səbəb, 3-qat olimpiya, 2-dünya və 7-qat Avropa çempionu Mariya Stadnikin 2019-cu ildə Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında qalib olmaqla, Tokio oyunlarına lisenziya qazanmasıdır.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

53 kq
1/8 final: Leyla Qurbanova – Timea Şeker (Macarıstan) 4:3
1/4 final: Leyla Qurbanova – Vanesa Kolodinskaya (Belarus) 0:10
Bürünc medal görüşü: Leyla Qurbanova – Yuliya Leorda (Moldova)

57 kq
1/8 final: Alyona Kolesnik – Evelina Nikolova (Bolqarıstan) 0:6
Təsəlliverici görüş: Alyona Kolesnik – Veronika Çumikova (Rusiya)

62 kq
1/4 final: Tatyana Omelçenko – Anastasiya Qriqoryeva (Latviya) 2:3
Təsəlliverici görüş: Tatyana Omelçenko – Sara Da Kol (İtaliya)

68 kq
1/8 final: Elis Manolova – İlana Kratiş (İsrail) 4:0 (tuşe)
1/4 final: Elis Manolova – Danute Domikaytite (Litva) 4:1
1/2 final: Elis Manolova – Xanım Vəliyeva (Rusiya) 0:6
Bürünc medal görüşü: Elis Manolova – İrina Ringaci (Moldova)

76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya) 1:3

Görüşləri bu linkdən izləmək olar: https://uww.org/event/european-og-qualifier?tab=results

Həmin kateqoriyadan