- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov xatirə turniri davam edir. Allsport.az saytı xəbər verir ki, Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqar İliya Xristov (13:2), sonra iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanıb.
Yarımfinalda Əhməd Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan bahadırımız, bürünc medal uğrunda görüşdə Şimali Makedoniya təmsilçisi Rəcəb Heydəriyə 10:0 qalib gəlib.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) macar Viktoriya Felhonu “tuşe” ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan təmsilçimiz, ümidini bürünc medala bağlayıb.
Yığmamızın üzvü son görüşdə rumıniyalı Əminə Kəpəzəni 4:0 yenib, 3-cü yer tutub.