- Baxış sayı: 84
- 03 Dekabr 2024 15:19
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının X turunun “Səbail” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Allsport.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Zəfər Günümüz mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizi ağır oyun gözlədiyini bilirdik. “Səbail” öz meydanında məzmunlu futbol göstərən əzmkar komandadır. Futbolçuları ağır matça hazırlamışdıq. Onlar xarakter göstərdilər və layiqli qələbə qazandılar. Ötən il burada oynayandan sonra 2-3 futbolçumuzla bağlı sıxıntı yaşamışdıq. Lakin getdikcə meydanın vəziyyəti daha da bərbad duruma çatıb. Belə meydanda futbol oynamaq risklidir. “Səbail”in futbolçuları burada məşq etdikləri üçün qəhrəmandırlar. Burada oynamağa icazə verilirsə, Qəbələdə qar yağanda ev görüşlərini Hacıalıdakı meydanda keçirə biləcəyimizi düşünürəm. Hər rəqib çıxacaq və zədələnəcək, hər şey olacaq. Daha yaxşı olar ki, futbolçuları da düşünək. Kənardan hər şey yaxşı görünə bilər, amma əziyyət çəkən oyunçulardır. Emil Səfərov bir ildir bizimlədir. Gənc oyunçu hazır olsa da, yeri qazanmalıdır ki, daim meydana çıxsın. Emil yaydan sonra bizə yaxşı siqnallar verirdi. Gələcəkdə Azərbaycan futboluna onun timsalında yaxşı futbolçu bəxş edə bilərik. Qarşılaşmanın gedişində stress yaşayırıq. Etirazlarımız normal qarşılanmalıdır. Hakim ümumilikdə matçı normal idarə etdi”