- Baxış sayı: 14
- 25 Noyabr 2024 15:46
- Baxış sayı: 26
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan “İnter” – “Qarabağ” matçında qarşılaşmanın baş hakimi Elvin Əsgərovun təyin etdiyi penalti hələ də müzakirə olunur. Allsport.az xəbər verir ki, penalti “Qarabağ”ın lehinə verilsə də, ağdamlılar bunu haqsız qərar kimi qəbul edib, topu bilərəkdən qapıdan kənara vurdular.
Qurban Qurbanovun göstərişinə əsasən, Elvin Məmmədovun belə etməsi çoxlarının alqışına səbəb oldu. Maraqlıdır ki, oyunun baş hakimi Əsgərov bunu özünə hörmətsizlik kimi qəbul edir. Bu barədə referinin özü sosial şəbəkədə yazdığı şərhlərdə bildirib. Belə ki, o, sözügedən qarşılaşmada olan mübahisəli epizodların videosunu paylaşaraq bunları qeyd edib: “Penalti var. Burada feyr-pleyin yeri yoxdur. Bu hərəkət hakimə qarşı hörmətsizlikdir. Diqqətlə baxsan, qapıçı topa toxunduqdan sonra bilərəkdən ayağını qaldırır və hücumçunu dizindən vurur. Söz-söhbəti üzərindən belə götürmürlər. Düz olan biz, penaltini vurmayıb hörmət qazanan onlar”.