- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 26
- Mart 26, 2026
- 0
Ölkəmizin Avropa dərəcəli hakimləri – Emil və Ernest Ağakişi qardaşları 19 yaşlı həndbolçu qızlardan ibarət milli komandaların Avropa birinciliyinin seçmə yarışlarını idarə edəcəklər.
Allsport.az saytı xəbər verir ki, referilərimiz 5-ci qrupda yer alan Portuqaliya, Fransa, Yunanıstan və İsrail kollektivlərinin görüşlərində ədaləti qoruyacaqlar.
İlk matç aprelin 17-də, son 2 adı çəkilən yığmalar arasında olacaq. Mübarizə 3 gün davam edəcək.