- Baxış sayı: 5
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
«İndi mənə vacib olan «Krılya Sovetov»da əsas heyətə dönməkdir»
«Krılya Sovetov» klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov Rusiya saytına müsahibə verib. Allsport.az xəbər verir ki, həmyerlimiz cari mövsümə yaxşı başlasa da, sonradan zədələnərək əsas heyətdə yerini itirib. İndi 22 yaşlı yarımmüdafiəçinin başlıca məqsədi formasını bərpa edib, Premyer-liqada startda meydana çıxmaqdır.
Şimallı həmkarımızla söhbətdə, Samarada tək yaşdığını deyən Emin Mahmudov, boş vaxtlarında kitab oxuduğunu və komanda yoldaşları ilə bazada «Play Station» oynadığını deyib. Bildirib ki, son mütaliyə etdiyi Nizami Gəncəvinin şah əsərlərindən olan «Leyli və Məcnun»dur.
Rusiya və ya Azərbaycan millisinin formasını geyinmək perspektivinə gəlincə, futbolçu burada diplomatik cavab verib: «Hazırda Rusiya vətəndaşlığım var. Hələ hər hansı bir yığma komandada çıxış etməyi düşünmürəm. İndi mənə vacib olan «Krılya Sovetov»da əsas heyətə dönməkdir».