- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan premyer liqasının XIII turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, gənc mütəxəssis oyun haqda bunu deyib:
“Yaxşı oyun oldu. Baxmayaraq, az qol vuruldu. Amma bu oyunda xeyli qol imkanlarımız oldu. Həmin imkanlardan yararlansaydıq, qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik”.