“Ən yaxşı oyunumuzu sərgilədiyimizi deməzdim”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau “Qarabağ”a qarşı keçirdikləri çempionlar liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşmanı belə şərh edib:

“1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ən yaxşı oyunumuzu sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”.

Həmin kateqoriyadan