- Baxış sayı: 40
- 25 Fevral 2026 23:30
- Baxış sayı: 149
- Fevral 25, 2026
- 0

İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.
Allsport.az xəbər verir ki, buna səbəb onun geyimində yarışın sponsorlarından olan Azərbaycanın adı yazıldığı hissəni örtməsi olub.
Beynəlxalq xizək və snoubord federasiyası (FİS) idmançının bu hərəkətinin yolverilməz olduğunu bildirib. Mikaelyan isə həmin hərəkəti niyə etməsinin səbəbini açıqlamayıb: “Bu mənimlə münsiflər heyəti arasında qalacaq”.
Sözügedən federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.
