“Ermənilər üzərində qələbəmi şəhidlərə həsr edirəm”

Başqırdıstan paytaxtı Ufada gənclərin dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləş millimiz gecə Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda ardıcıl 2 ermənini udaraq, sonda qızıl medal qazanan Həsrət Cəfərov çıxışını belə dəyərləndirib:

“Şükürlər olsun ki, dünya çempionu ola bildim. Ağır görüşlərimiz oldu. Komanda hesabında 3-cü yeri tutduq. Üzərimdə zəhməti olan bütün məşqçilərə təşəkkürümü bildirirəm.

Təbii ki, finalda erməni güləşçiylə qarşılaşanda fərqli hisslər keçirirdim. Bu qələbəmi şəhidlərimizə həsr edirəm. Əvvəlcə MDB Oyunlarında bu nəticəni təkrarlamaq istəyirəm. Daha sonra isə böyüklərin dünya çempionu olmağı hədəfləyirəm”.

Həmin kateqoriyadan