- Baxış sayı: 37
- 25 Fevral 2026 23:30
- Baxış sayı: 142
- Fevral 25, 2026
- 0

“Qarabağ”ın kapitanı Abdulla Zubir çempionlar liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl”a qarşı keçirdikləri oyunu (2:3) şərh edib.
Allsport.az xəbər verir ki, futbolçu komandanın ikinci hissədəki performansını xüsusi qeyd edib: “Düşünürəm ki, birinci və ikinci oyunlar tam fərqli keçdi. İlk matç uğursuz alınmışdı, lakin bu axşam biz yaxşı futbol oynamaq və əsl “Qarabağ”ın necə olduğunu nümayiş etdirmək istədik. Hesab edirəm ki, buna nail olduq. İkinci hissə, xüsusilə azarkeşlərimiz üçün möhtəşəm keçdi. Yaxşı oyun göstərdik və iki qol vurduq. Belə bir başlanğıcdan sonra toparlanmaq asan deyildi, amma biz bir araya gəldik və layiqli mübarizə apardıq”.
İki oyunun nəticəsinə görə 1/8 finala yüksələn “Nyukasl”ın növbəti rəqibi fevralın 27-də keçiriləcək püşkatmada məlum olacaq. İngiltərə təmsilçisi bu mərhələdə “Çelsi” və ya “Barselona” ilə qarşılaşa bilər.