“Evdə qal, şahmatdan qalma”. 15,000 mükafat fondu olan internet üzərindən ilk superblits ölkə kuboku

Gənclər və idman nazirliyi, şahmat federasiyasının birgə təşkilatçılığıyla karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün “Evdə qal, həyatları xilas et” şüarı ilə layihəyə start verir. Allsport.az saytı xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq FİDE və AŞF-in vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsüylə internet üzərindən superblits üzrə ilk Azərbaycan kuboku təşkil olunacaq.

Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel saat 22-də başa çatacaq. Yarış aprelin 16-da saat 19-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3000 manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 azn əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.

Həmin kateqoriyadan