- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Azərbaycanın “Fənər” futzal klubu da UEFA Kubokunda iştirakdan imtina edib. Allsport.az xəbər verir ki, ölkə çempionatının gümüş medallarını qazanan klubun prezidenti Turqay Fərzəliyev azerisport.az saytına açıqlamasında ölkə çempionu “Xəzər adaları”nı əvəzləmək istəmədiklərini bəyan edib:
“Biz UEFA-ya göndərmək üçün bütün sənədlərimizi hazırlamışdıq. Azərbaycanı bu turnirdə təmsil etmək bizim üçün böyük şərəfdir. Amma belə bir vəziyyətdə UEFA Kubokunda iştirak etmək istəmirik. Nə vaxt çempion olsaq, onda avrokuboklarda iştirak edərik. Prinsipial oyunlarda hakimlərin bizə necə münasibət göstərdiyini hamı gördü. Hakimlərin bizə qarşı qərəzli olmadığını heç kim sübut edə bilməz. Bizimlə heç kim maraqlanmırdı, hətta mətbuat da. Klubumuzun 6 sponsoru var. Finalda da “Xəzər adaları” ilə qarşılaşmaq istəyirdik. Üç il ərzində üçüncü də olduq, ikinci də, kubok da qazandıq. Amma növbəti mövsümdə çempionatda oynamaqdan imtina edəcəyik. “Fənər”siz çempionatın necə keçdiyinə kənardan baxacağıq. Sponsorlar kənardan baxırlar və deyirlər ki, oyunların taleyini hakimlər müəyyənləşdirirsə, bu, bizim nəyimizə lazımdır? Mən bunu bütün hakimlərə etmirəm, aralarında düzgün olanları da var. AFFA və futzal federasiyasının rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır. Düşünəcəyik. Bizsiz də Azərbaycanı Avropada təmsil edəcək komandalar var”.