Fərhad Rəcəbli gümüş medal qazanıb

Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında kişi cüdoçularımız çıxışını başa vurub.

Allsport.az xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb. M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kq) mundialın gümüş mükafatına layiq görülüb.

Daha əvvəl Mövlud Mirəliyev (M5, 100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (100 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, təmsilçilərimiz mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.

Həmin kateqoriyadan