- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” Olimpiya İdman Mərkəzində kişi voleybolçuların yüksək liqasının finalında hər 2 görüşdə ev sahibinə 3:1 qalib gələn “Lokomotiv” ardıcıl 2-ci mövsüm qızıl medal qazandı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra baş məşqçi Fərid Cəlalov çempionluğu belə şərh edib:
“Yaxşı oyun keçdi. Bu görüşün belə ağır keçəcəyi gözlənilən idi. MaşAllah, bu gün zalda tamaşaçı çoxdur. Bu qədər rəqib azarkeşin qarşısında oynamağın təzyiqi böyükdür. Tərəfdarların dəstəyi təsirsiz ötüşmür. Kapitan Aleksey Çervyakovun barmağı sındığı üçün mübarizədən çıxdı. Belədə, 4-cü setdə işimiz bir qədər çətinləşdi. Amma sevinrəm ki, həlledici məqamda durumu xeyrimizə dəyişdik”.