- Baxış sayı: 458
- 30 Yanvar 2026 23:19
- Baxış sayı: 90
- Fevral 08, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq olimpiya komitəsinin (BOK) üzvü, Kamerun milli olimpiya və idman komitəsinin vitse-prezidenti Odette Assembe Engoulounu qəbul edib.
Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Engoulou səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.