Fərid Qayıbovun beynəlxalq idman məktəbi federasiyasının prezidenti ilə görüşü

İyulun 4-də gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq idman məktəbi federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Hasney El Ayubini qəbul edib.

Allsport.az xəbər verir ki, nazir qonaqlara ölkəmizdə məktəblilərin idmanla məşğulluğu və bu sahədə görülən işlər barədə məlumat verib.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı ölkəmizlə beynəlxalq federasiya arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Həmin kateqoriyadan