- Baxış sayı: 97
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Mayın 23-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Türkiyə böyük millət məclisinin (TBMM) milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özər və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Allsport.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində aparılan əməkdaşlığın yüksək səviyyədə olduğu barədə məlumat verilib.
Səmimi qəbula görə təşəkkür edən qonaq bu əməkdaşlığın dayanıqlı olması üçün Türkiyə böyük millət məclisinin dəstəyinin əsirgənməyəcəyini bildirib. Əlaqələrin davamlı olması üçün gənclərin mübadilə proqramları, Texnofest tipli geniş miqyaslı tədbirlərin təşkili ilə yanaşı, qarşılıqlı idman yarışlarının işğaldan azad edilmiş ərazilərdə təşkilinin vacib olduğu vurğulanıb.