Faiq Qarayev: 4-illik proqram gənclərin yetişdirilməsinə yönələcək

Bu gün Azərbaycan voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev bir qrup jurnalistlə görüşdü. Allsport.az saytının əməkdaşının da iştirak etdiyi toplsantıda ölkə çempionatı və milli komandalardan söhbət getdi. MOK-un icraiyyə komitəsinin üzvü bildirdi ki, superliqa federasiya tərəfindən klublara ayrılan 20-30 min manat büdcə ilə başlayacaq:

“Ölkə çempionatı keçən il səviyyəsi yüksək olmadı. Səbəb klubların bağlanması, rəqabətsizlik idi. Bu məsələni yüksək səviyyədə qaldırdıq. Reytinqdə ilk 3-də idik. İndi sistem yaratmışdıq. Legionçuların yanında yerlilər çıxış edəcək. Əvvəllər hədd yox idi. Sonra limitdə 3 əcnəbi voleybolçunun oynamasına icazə verildi. Gənclərdən qurulan “Rabitə” sonra dünya çempionu oldu.

Hazırda klubların əksəriyyəti federasiyanın üzərinə düşür. Bu üzdən çətinlik var. Artıq qərar verilib. Dekabrın 14-dən startı veriləcək 2 dövrəli çempionatda kişilərdə “Xilasedici”, “Azərreyl” “Lokomotiv”, Neftçi”, MOİK, “Sərhədçi”. Gürcüstan, qadınlarda “İqtisadçı”, “Lokomotiv”, “Abşeron”, “Mubariz”, “Azərreyl” və Gürcüstan komandaları yer alacaqlar. Adlarını çəkdiyim klubların çoxunun bazası var. Zallarda xüsusi xalça var. Bu da dünya standartıdır. Avropanın əksər ölkələrində belə şey yoxdur.

Təməli yenidən, bu dəfə tam düzgün qoyuruq. Məqsəd yerli voleybolçuların yetişib püxtələşməsidir. Final mərhələsi Bakı idman sarayında keçiriləcək. Millidə gənclərlə iş əsasdır. 4-illik proqram var. Gənclər ölkədə qalıb oynamalı və yetişməlidir. Avropada hər şey göründüyü kimi deyil. Çatışmamazlıq çox. Milli oyunçusu qayıdanda zədəli gəlir, müalicə almadan gəlir. Famil Ağayev, Eldar Yusifov və Vasif Talıbov qadın yığmasında işləyəcəklər. Məsləhətçi özüməm. Öncəki italiyalı baş məşqçi Covanni Kapraranın fəlsəfəsinin bizimkilərlə uzlaşmadı. Onun səviyyəsi daha yüksəkdir”. 

K.HACI

Həmin kateqoriyadan