- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov komandanın axşam hazırlığı çərçivəsində ayaqüstü jurnalistlərlə görüşdü. Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının ilk ələməsində Lüksemburqun “Proqres” klununa 2 oyunun nəticəsində qalib gələcəyinə inandığını dedi:
“Heç bir narahatlığımız yoxdur. Komandada bəzi dəyişikliklər olub. Yeni cəlb olunanların bizə faydalı olacağına əminəm. Əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etməyə çalışacağıq.
Proqnoz verməyi xoşlamıram. Əsas odur ki, 2 görüşün nəticəsinə görə növbəti mərhələyə keçək. Rəqib ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. Bu mübarizəyə maksimum dərəcədə məsuliyyətlə yanaşmalıyıq. Nə qədər irəliləyəcəyimizi söyləyə bilmərəm. Gücümüz nəyə çatsa, onu da etməyə çalışacağıq”.