- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Çox çətin oyun oldu. Belə olacağını gözləyirdik. Məncə, qələbə də qazana bilərdik. Oyunun sonuna yaxın hər iki komandada yorğunluq hiss olunurdu. Qol vurmağımız yaxşı olardı. Ancaq əsas odur ki, qol buraxmadıq”.
Allsport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” klubu ilə ilk oyundan (0:0) sonra deyib.
O bildirib ki, Kipr “Apollon”uyla görüşlə müqayisədə bu matçda təhlükəsizlik yüksək səviyyədə idi.
Nəcəfovun sözlərinə görə, cavab qarşılaşmasında da belə oynasalar, mərhələ keçmək şansları bərabər olacaq: “Qrup mərhələsinə vəsiqə qazansaq, bir yox, hətta iki transfer də edə bilərik. Çünki ehtiyat oyunçularımız azdır”.
“Qəbələ”nin vitse-prezidenti onu da qeyd edib ki, Cavid Hüseynovun yoxluğu komandaya heç bir psixoloji təsir etməyib: “Əksinə, futbolçular əzmkarlıq nümayiş etdirdilər. Onlara təşəkkür edirəm”.