- Baxış sayı: 29
- 23 Dekabr 2025 17:37
- Baxış sayı: 132
- Dekabr 22, 2025
- 0


“Monako” “Barselona”dan icarəyə götürdüyü Ansu Fati ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil.
Allsport.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Romeyn Molina məlumat yayıb.
Hazırda 23 yaşlı ispaniyalı futbolçu bud nahiyəsindəki zədədən sonra bərpa prosesi keçir.
Fati bu mövsüm “Monako”nun heyətində meydana çıxdığı 14 oyunda 6 qol vurmağı bacarıb. Onun icarə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.