- Baxış sayı: 33
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Kişi həndbolçuların respublika çempionatında mübarizə davam edir. Allsport.az xəbər verir ki, yarışın 6-cı turu favoritlərin qələbəsi ilə yadda qalıb. Son ölkə çempionu “Məhsul” autsayder U-18 ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Rəqibi bütün göstəricilərdə üstələyən “Məhsul” 32:22 hesabı ilə qalib gəlib.
“Bakı” – “Təhsil” matçında isə nominal ev sahibinin imkanları daha yüksək qiymətləndirilirdi. Çempionluq uğrunda mübarizə aparan “Bakı”, xal ehtiyatını artırmaq fürsətini qaçırmayıb. Təcrübəli rəqibin kəskin hücumlarını dəf etməkdə çətinlik çəkən “Təhsil” həndbolçuları növbəti məğlubiyətlə barışmalı olublar – 30:18.