- Baxış sayı: 142
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov qızıl Avropa liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət yığmamızın məşqində olub.
Allsport.az xəbər verir ki, qurum rəhbəri GİN-in voleybol mərkəzində təşkil olunan məşqdən əvvəl komandamızın üzvləri və məşqçilər heyəti ilə görüşüb.
Bağırov bu gün Bakıda start götürəcək 3-cü mərhələdə millimizin daha uğurlu çıxış edəcəyinə, Estoniya və Avstriya yığmalarına qalib gələcəklərinə əminliyini ifadə edib. Voleybolçularımız da doğma meydanda hər iki qarşılaşmada qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.